20 Temmuz 2014 Pazar

Xalqın şairi Səməd Vurğun

Sözümü necə başlayım bilmirəm. Bu yazını yazmaqıma səbəb Səməd Vurğuna qarşı olan haqsız iddihamlardır. Şairə qarşı olunan hücumlar oqeder artıb ki, onu tenqid etmek adi hal alıb. Nəinki Tənqid hətta Təhqirlər belə ünvanlanır şairə. Onun haqqında heçnə bilməyən, yaradıcılığı  ilə tanış olmayan düşüncə cəhətdən geri qalmış "insanlar" belə  bilib-bilmədən AĞZINA GƏLƏNİ danışırlar. Bəli məhz "ağzına gələni", Ağlına gələni yox.
Şairi yaltaqlıqda ,satqınlıqda ittiham edirlər. Guya ki, Səməd Vurğunun ovaxtları Mikayıl Müşviqin repressiya qurbanına çevrilməsində əli olub.Guya ki Səməd Vurğun Müsviqi qısqanıb ,böyük şair olacaqından qorxurmuş. Nəqədər boş bir iddiadır.Sual olunur. Həmin dövrdə başqa qələmi güclü olan şair yox idi ki, Vurğun onun ayaqının altını qazsın?! Gedib ədəbiyyat aləmində yeni parlayan Müşviqə ilişdi?! hamısı boş iddialardır. Vurğun M.Müşviqin nəinki torbasını tikməmiş hətta ədəbiyyat aləmidə irəliləməsinə kömək olmuşdur.Hətta onun güllələnməməsi üçün Mircəfər Bağırovdan xaiş edir.
Bu haqqda yazıçı Vidadi Babanlı öz xatirələrində nəql edir.
“Bir gün Vurğunla Fadeyev hardasa yeyib-içib hallanandan sonra Puşkin meydanından “Tverskoy” bulvarı ilə üzü aşağı gedirmişlər. Qəflətən arxadan kimsə Səmədi çağırır. Səməd əvvəlcə fikir vermir. Arxadan bir də çağırırlar, Səməd dönüb baxır ki, Mir Cəfərdir. Tez qayıdıb görüşürlər. Bağırov soruşur ki, Bakıya nə vaxt qayıdacaqsan? Səmədin qayıtmaq fikri olmasa da karıxdığından cavab verir ki, sabah. Mir Cəfər deyir, lap yaxşı oldu, bir yerdə, mənim vaqonumda gedərik. Ertəsi gün vaqonda yaxşı yeyib-içəndən sonra Səməd bir az hallanır.

- Səməd, bilirsən mən səni nə qədər çox istəyirəm? – Mir Cəfər deyir.

Vurğun deyir:

- Bilirəm, Mir Cəfər Abbasoviç, məni oğlunuz qədər istəyirsiniz.

Mir Cəfər: - Yox, oğlumdan çox istəyirəm, -deyir, - Səməd, ürəyində həyata keçməyən arzun varmı, de, bəlkə mən o arzunu yerinə yetirə bildim.

Vurğun da sadəlövh adam, həm də ki, keflənib. Dilindən çıxarır ki, bəs Mikayıl Müşfiq çox cavan, istedadlı şair idi, onu günahsız tutdular, bəlkə onun buraxılmasına kömək edəsiniz? Mir Cəfər onun sözünü kəsir, əsəbiliklə qayıdır ki, necə, sən nə danışırsan?

Səməd çəkinsə də özünü toplayıb Müşfiqin şeirlərindən bir neçə bənd deyir, sonra da soruşur ki, yoldaş Bağırov, bu şeirlərdə antisovet ruhlu nə var axı? Mir Cəfər bir az fikrə gedir. 

- Sən məni inandırdın, Bakıya qayıdan kimi bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.

Onda Səmədgil Müşfiqin çoxdan güllələndiyini bilmirlərmiş.

Bu hadisədən bir həftə sonra Mərkəzi Komitədə partiya fəallarının yığıncağında tribunada çıxış edən Bağırov birdən üzünü zala tutub qəzəbli tonda deyir:

“Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb, irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Amma sən demə, onların ürəyində, beynində Sovet hökumətinə, sosialist quruluşuna qarşı nifrət var”. Sonra barmağını Səmədə tuşlayır: “Vot odin iz nix – qospodin Samed Vurqun Vekilov! Na dnyax on prosil menya osvobodit yaroqo vraqa naşeqo naroda Mikaila Muşfiqa!”

Yalnız bundan sonra Səməd də, yerdə qalanlar da başa düşürlər ki, Bağırovun S. Vurğunu öz vaqonuna dəvət etməkdə məqsədi şairdən söz almaq olub”.

İndi isə gələk Rəsulzadə məsələsinə.Həqiqətən də tarixdə belə bir fakt mövcuddur ki, Səməd Vurğun öz şeirlərində, poemalarında Rəsulzadə və müsavatçılar haqqında təhqiramiz fikirlər səsləndirib. Ancaq bütün bunlara baxmayaraq, Rəsulzadə onun fikirlərinə loyal yanaşaraq Vurğunu Azərbaycan dilinin inkişafında xidmətləri olan böyük şair kimi qiymətləndirib. Onun dəyərini verib.M. Ə. Rəsulzadə deyirdi ki,  dövrün tələbi Səməd Vurğun belə bir addım atmağa vadar olmuşdu.Qapalı sovet cəmiyyətində yaşayan bir şair əlbəttə ki, məni tərifləyə bilməz.
Səməd Vurğunun Hüseyn Cavid, Cəfər Cabbarlı və bu kimi ədiblər haqda səsləndirdiyi fikirlərə gəlincə, Səməd Vəkilov qeyd etdi ki, Səməd Vurğuna qarşı da eyni addımlar atılıb: “Biz Səməd Vurğun əleyhinə yazılan donosları, tənqidləri çap etdirsək çoxcildli əsər alınar. Səməd Vurğun Azərbaycan türk dilli poeziyasının şah əsəridir. 

Səməd Vurğun o insandır ki,, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir. 
Səməd Vurğun o insandır ki, öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürmüşdür.
Səməd Vurğun o insandır ki, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. 
Səməd Vurğun o insandır ki, Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi.
Səməd Vurğun o insandır ki, Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
Səməd Vurğun o insandır ki,  1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım,Mozdok,Qroznı Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
Səməd Vurğun o insandır ki, Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
Hətta və hətta Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir, şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur. 
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda "Sovet poeziyası haqqında" məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
Hə yaddan çıxmadan onu da qeyd edim ki,Səməd Vurğuna "Vətən xaini" deyib ama Nazim Hikməti sevən bir kütlə də var. Onlara isə demək istədiyim odur ki, Unutmayın ki, Nazim Hikmətə öz ölkəsində hələ də  "Vətən xaini " deyirlər. Bilirsiz niyə görə ?! Dövrünün hakimiyyətdə olan rejimini bəyənməyib ,tənqid etdiyi sizin o bəyənmədiyiniz SSRİ-yə qaçdıqına görə. Mənim əzizlərim Nazim Hikmət də Səməd Vurğun kimi xalqına ,insanlığa vurğun biri idi və Kommunist idi. İndi siz Birini sevib birini kənara itələyirsinizsə deməli sizin təfəkkürünüzdə, analiz qabiliyyətinizdə bəzi problemlər var. Oturun,papaqınızı qoyun qabaqınıza və həqiqəti bilmədiyiniz şeylər haqqında başınızdan böyük danışmayın. 
Yazımı hamımızın uşaqlıqdan əzbər bildiyimiz şairin bu beyti ilə bitirirəm.
El bilir ki, sen menimsen, 
Yurdum, yuvam, meskenimsen, 
Anam dogma vetenimsen! 
Ayrilarmi konul candan? 
Azerbaycan, Azerbaycan!

Hiç yorum yok:

Yorum Gönder