24 Temmuz 2013 Çarşamba

Kitabların tarixi



'Book' (Kitab) sözü köhnə Alman dilindəki “Boka” sözündən törəmişdir.
Kitabın təkamülü yazının üstünə yazıldığı vəsaitlərin təkamülünə bağlı olmuşdur. Mesopotamiyada  daha III minillikdə  gil lövhələr üzərinə hərflər yazılırdı . Parçalar da üstünə yazı yazılan vəsaitlər olaraq tarixin bir dövründə istifadə edilmişlər. Bunlar arasında Çinlilərin fırça ilə yazı yazdıqları ipəyi və ya bezi də saymaq lazımdır. Ancaq davamlı surətdə araşdırmaq və özünü yeniləmək vəziyyətində olan insan yazı vəsaiti deyə biləcəyimiz ünsürləri taparaq və inkişaf etdirərək kitab anlayışına yeni ölçülər qazandırmışdır.
Əsrlər boyunca ətrafındakı hər tapdığı düz səthi yazı vasitəsi kimi istifadə edən insanoğlu davamlı olaraq  yeni vəsaitlər axtarışını davam etdirmişdir. Sümər, Aşşur və Het gil lövhələri ilə Misir papirusları təxminən eyni tarixlərdə  (e.ə. 3000) ortaya çıxmışdır. Gil lövhələrdən çox  papiruslar müasir kitabın qabaqcılı olaraq qəbul edilirlər.
Papirüs, Nil çayı sahillərində və Nil deltasının bataqlıqlarında yetişən bir bitkidir. Üzərlərinə yazı yazılan papirüslar bir-birlərinə yapıştırılaraq 6-10 metr uzunluğunda zolaqlar əldə edilər və bunların da uclarına çubuqlar taxdıqdan sonra qıvrılaraq rulonlar halında saxlanılardı. Papirüsdan hazırlanan ilk kitablar belə rulon halında olurdular. Məşhur İsgəndəriyyə Kitabxanası bu kitablardan yaradılmışdır. Papirus rulonlardan  Yunanlılar və Romalılar da uzun müddət istifadə etmişlər. 400-cü ildən etibarən  papirus rulonların yeri perqament və ya Vellu Kodeks alması ilə əvəz edildi və bu kitabın formasında bir inqilab yaratmışdır.
Kitabın hekayəsində Anadolunun da şübhəsiz əhəmiyyətləri vardır. Lülə halında bükülmüş kağızların Bergama Kralı II Eumenesin tapdığı söylənilməkdədir. Üzərinə yazı yazmaq üçün heyvan dərilərinin işlənməsinə çox əvvəllər başlanmış olmasına qarşı, bu məşğuliyyətin ən əhəmiyyətli mərkəzi Bergama olmuş, hətta bölgə öz adını da (perqament, pergamineum) bu alətə vermişdir.

Çinlilər  kenevir tut ağacı qabıqlarını və başqa bitki mənşəli maddələri üyüdərək  qurutdular və sonra üstünə yazı yazılan bir xəmir halına gətirməyi bacardılar.
 105-ci ildə Tsaylunun tərəfindən hazırlandığı deyilən bu kağız, orta əsrlərin sonunda kitab istehsalında perqamentin yerini aldı. Beləcə kağız həyatımıza çıxmamaq üzrə girmiş oldu. Kağız istehsalındakı texnikanın davamlı inkişaf etdirilməsi əl yazmalarının yayılmasına və xüsusilə XV əsrdə təzyiq maşınıyla mətnlərin çoxaldılmasını təmin etmişdir. XIX əsrdə isə kağız Louis Nicolas Robertin icad etdiyi (1798) və İngiltərədə Fourdrinier ilə Donkinin inkişaf etdirdiyi maşınla mexaniki bir şəkildə istehsal olunmağa başlanmışdır.
Onu da qeyd edim ki, kitab bugünkü düzbucaqlı şəklini Roma İmperatoru Avqust dövründə almışdır. Səhifələrin kəsilib bir-birinə tikilməsi metodundan ilk dəfə bu imperatorun vaxtında tətbiq olunmuşdur. Bu cür kitaba 'Codex' adı verilmişdir. İstər roll istəsə tumar halında olsun köhnə kitabların yazıları əllə yazılar, şəkilləri də yenə əllə yapışdırılardı. Bir kitabı meydana gətirə bilmək üçün bəzən aylarla çalışılardı.



Hiç yorum yok:

Yorum Gönder