21 Temmuz 2013 Pazar

Allahlarmı insanları yaratdı yoxsa insanlarmı allahları?


Allahlarmı insanları yaratdı yoxsa insanlarmı allahları?

Sümərlər e.ə 3500- 2000 illəri arasında aşağı Mesopotamiyada fəaliyyət göstərən sivilizasiyadır.Mesopotamiya Dəclə və Fərat arasında qalan məhsuldar torpaqdır (ki daha sonra Mesopotamiyanın bol gilli torpaqlarını istifadə edərək mixi yazısını icad etmişlər). Sümərlilər Mesopotamiyanın yerli xalqı olmayıb Orta Asiyanın şimalından gəldikləri düşünülməktədir.Sümərlilərin xəyalgüclərinin , əhəmiyyətli icadlarının inancları üzərindəki təsirindən yola çıxılaraq bir sual ortaya çıxmaqdadır; allahlarmı insanları yoxsa insanlarmı allahları yarattı?

Sümərlilərin şəhər dövlətləri halında yaşamışlar və hər şəhərin bir allahı olduğunu düşünmüşlərdir.Bu şəhər allahlarına Şumerli şairlər 'şəhərin sahibi' deyirdilər. Bu vəziyyət Sümərlilərin çoxallahlı din anlayışına aid olduqlarını göstərməkdədir.Allahlar siyahısında təqribi olaraq 1500 allah yer almaqdadır.Bölgeədə inkişaf edən (mesopotamiya) və qurulan bütün sivilizasiyaların əsas inanc sistemi Sümər kökənlidir.Digər çoxtanrılı dinlərdə istifadə edilir lakin adları dəyişdirilmişdir (inana / İştar kimi ). Sümərlilərə göre həyatlarında hiss edə bildikləri, görə bildikləri hər obyektin bir allahı vardır.Allahları eyni ilə insanlar kimidir; insani duyğuların hamısı allahlarında da vardı. Fərqliliklərə isə allahların fövqəladə güclərə və ölümsüzlüyə sahib olmaları idi.

Allahlar eyni ilə insanlar kimi yaşayar hətta insan simsına belə girə bilərlər.Allahlar nə istədiklərini söyləməzlər, insanlardan diləməzlər lakin Sümər xalqı allahın nə istədiyini anlamaqda çox israrcı davranaraq allaha, onlardan nə istədiyini soruşma yoluna getmişlərdir.Bu soruşma yolu allaha əhd olaraq kəsilən heyvanın qaraciyərindəki şəkilə görə Patesi / ENSI (rahib-kral ) tərəfindən şərh edilirdi, insanlar beləliklə allahın onlardan nə istədikləri üzərinə iş görürmüşlər.Bir digər üsul isə yuxu olmuşdur.Dini məbədə girilər, allaha qurban kəsilər, dua edilər və yuxuya gedilərdi.Görülen yuxuda allah istəyini bəlli edərdi. Fəqət yuxunun müsbət və ya mənfi olduğunu yenə patesilər şərh edərdi.

Sümərlilər allahları üçün şeirler, əfsanələr, ilahilər inkişaf etdirmiş və yazıya almışlar.Bu yazılar günümüzdəki dinlər tarixinə işıq tutmuşdur.Sümərlilərin qurmuş olduqları çoxallahlı din zamanla təkallahlı bir dinə çevrilərək günümüzdəki təkallahlı dinlərin təməlini atmışdır.Sahip olduqları bütün məlumatların allahlar tərəfindən verildiyini düşünərlər.Özlərini Sümər olaraq görməyib “Ki-Engi” (Yerinoğlu) olaraq adlandırdılar.

qısaca Sümər mifologiyası...
Professor Kramerinə görə əvvəl su vardı.Allah AN (göyallahı) ilə allah Kİ (torpaq / yer allahı) bu sudan doğuldular.AN və Kİ'nin birləşməsindən Enlil (hava allahı) doğuldu.Göy ilə torpağın arasını doldurdu.ENLİL, qaranlıq göyü işıqlandırmaq üçün NANYA (ay allahı)'nı yaratdı.NANYA da ütü (günəş allahı) və İnanna (eşq və döyüş allahı)'nı yaratdı.

ENLİL öncələri ANın buyruqlarını yerinə yetirməklə məşqul idi.Daha sonra dünyanı Kİ'nin əlindən alaraq idarə etməyə başladı və zamanla ANın yerinə keçərək bütün kainatın sahibi oldu.

Sümərlərin yaratdığı allah: AN ən böyük allah idi?

Müəyən gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma (med-cezir) deyilir.Qabarma  hadisəsinin meydana gəlməsi isə ayın çəkim qüvvətindəndir.Ay dünyadan uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkim qüvvəti artar.Qabarma hadisəsi okeanlarda və xüsusi ilə ekvador ətrafında çox aktividir.Sümərlilər qeyd etdiyimiz  kimi aşağı Mesepotamiyada yaşamaları nədəni ile bir çox qabarma hadisəsinə şahid oldular.Her il çiçəklər açdığında, heyvanlar doğduğunda iki çay (Dəclə-Fərat) də daşmaqdaydı.Bunun səbəbini araşdırmaya başladılar və  Sümərlilərin yüksək məbədləri olan Zikkuratların ən üstünü gözləmə evi etdilər. Sümerliler bu şəkildə ulduzları və planetləri izledilər.Çayın daşma səbəbinin ay olduğunu kəşf etdilər və bir ay allahının olduğunu düşündülər. Bu allahı Enlil yaratmış olmalı idi.Ay allahı: NANYA. Sümərlilər göy cisimlərini araşdirmaqda daha irəliyə gedərək bürcləri kəşf etdilər.Bürclərdən yola çıxaraq bir ili 12 aya, 12 ayı günlərə, günləri 12saata, 12 saatı 60 dəqiqəyə və 60 dəqiqəni da 60 saniyəyə bölərək təqvim yaratmış oldular.

Nəticədə bütün ulduzları yaradan və bunları hərəkətə keçirən bir güc olmalıydı.Bu güc bir allah idi.Bu allaha An adını verərək ən böyük allahlarını yaradmış oldular.AN 'ın sayəsində məlumat sahibi olduqlarını düşündüler. Sümərlilər məlumatın qaynağını onlara verdiyini düşünən tanrıları An'a əldə etdikləri bütün məhsulları təqdim etdilər .Ölkə gedərəy zənginləşib gücləndi.Bu məlumatın sahibi,  tək səbəbi  böyük allah An idi.

2 yorum: