Qədim Misirdə UFO’lara aid izlər
Yuxarıda görülən fotoşəkil,
arxeoloqlar tərəfindən e.ə 1700 -1300 ci illər arasında Misirdə hökm sürmüş ,
köhnə bir Kral olan Ptahhotpenin Şimali Səhrada olan Mastabasdaki məzar divarı
üzərində çəkilmiş olaraq tapıldı. Tapıldığı ilk zamanlarda bu fotoşəkilə çox
diqqət edilməmişdi. Daha sonra edilən kiçik bir fotoşəkil analizi əsnasında çox
qəribə bir şeyə rast gəlindi. Fotoşəkilin dərhal sağ ən alt küncündə maraqlı
bir varlıq şəkili var idi. Arxeoloqların və elm adamlarının ortaq şəkildə
etdikləri OPTİKAL araşdırmalar sonrasında və hadisə yeri araşdırmalarında çəkilmiş
olan canlının silueti daha da diqqətə çarpan şəkildə ortaya çıxarılmış oldu.
Foto analizlərinin
tamamlanmasından dərhal sonra qarşılarında iki ayaqlı insanabənzər , qəribə bir
canlı varlıq şəkili dayanmaqda idi. Bu şəkil ilk başlarda iki qıçlı və iki
qollu nəhəng bir böcək olaraq şərh olundu. Lakin daha sonraları bunun sanıldığı
kimi bir böcək təsviri olmadığı aydın oldu. Hadisəni öyrənən UFO
araşdırmaçıları dərhal fotoşəkili araşdırmağa başladılar. Ortaya çıxan nəticə dəhşət
verici bir həqiqəti bütün çılpaqlığıyla gözlər önünə atırdı. Əldə etdikləri şəkil
bizim “bozlar” adını verdiyimiz dünya xarici varlıqlarla tamamiylə eyni idi.
Onsuz da illərdir ictimaiyyəti məşğul edən və tam mənasıyla bir naməlumluq
halına gələn köhnə misir mədəniyyətinin UFOlar və onları idarə edən dünya xarici
zəkayla olan əlaqəsi bu görünüşlərlə bir dəfə daha pərçimlənmiş olurdu.
Şəkil: 1-2. Misirin
sabiq Kralı Ptahhotpenin məzar divarında olan ( Boz varlıq bənzəri ) dünya
xarici varlıq şəkilini görməkdəyik.
Şekil: 3 İndiki vaxtda
bozlar olaraq təyin olunan Dünya xarici varlıq şəkili ( bozlara aid XXI əsr şəkili)
İşin ən heyrət verici tərəfi
isə XXI əsr insanının hələ də mübahisə
etdiyi " dünya xaricində həyat varmı ? " Sualıdır . Varsalar nəyə bənzəyirlər
, müzakirələrinə e.ə 1300-cü illərdə
yaşamış olan insanların son nöqtəni o primitiv sandığımız başlarıyla
qoymasıdır. Yəni bu gün bütün ört-basdır səylərinə baxmayaraq ortaya çıxmış
olan dünya xarici ağıllı həyat faktını biz - XXI əsr insanına bir dəfə daha
bütün çılpaqlığıyla sübutu sayılmazmı sizcə?
Amma hər şeydən daha da
əhəmiyyətlisi insanların yüzlərlə ildir qaçırılmasıyla birə-bir əlaqəsi olduğu
ifadə edilən və bu varlıqları təsvir edən insanların çox qədimlərdən bəri
yalançılıqla və dəliliklə günahlandırıldığı və yaşadıqları hadisələrdən ötəri məsul
gördükləri " bozlar " bu şəkildə açıqca vurğulanmış olmasıdır.
Tapılan bu möcüzə şəkil sanki bizlərə , alın sizə sübut deyirmiş kimi qarşımıza çıxmışdır.
Gözlərimiz önündə sanki
biz buradayıq deyə hayqıran bu qədər dəlil varkən hələ inkar edənlərə söyləyəcək
çox bir şey tapa bilmirəm. Məncə onlara verəcəyimiz ən böyük cavablar onsuz da
keçmişimizdə heç pozulmamış bir vəziyyətdə, dimdik ayaqda dayanmaqda olan
tarixi əsərlərimizdir.
Hiç yorum yok:
Yorum Gönder