21 Temmuz 2013 Pazar

İngilis dili necə beynəlxalq dil oldu?




"Dilimizin xəzinələrini xarici sahillərə göndərə bilərikmi? 
Qərb üfüqündə hələ təyin olunmamış ölkələrə, bu ən böyük qürurumuzla çata bilərikmi? 
Oralar bizim ləhcəmizlə gözəlləşərmi? "

Samuel Daniel 1590-cı illərdə yazdığı şeirində soruşduğu bu sualların cavabını ala bilmədən öldü. Bu gün, qərb üfüqündə meydana çıxan dünyanın super gücü ingiliscə danışır. Dünyada ana dili ingiliscə olan 400 milyona yaxın insan var. Çin və ispancadan sonra üçüncü yerdədir amma təsiri onlarla müqayisə edilməyəcək dərəcədə çox. Yer üzündə ingiliscə bilən insan sayının 1,5 milyarddan çox olduğu təxmin edilir. 2020-ci ildə ingiliscə danışan ya da öyrənən insan sayı 2 milyardı keçəcək və bunların yalnız 15 faizini ana dili ingiliscə olanlar meydana gətirəcək.
Hər cəmiyyətdə, "why (niyə)" deyənlər də var, "why not? (niyə də olmasın)" deyənlər də. Vay notçu Samuel Daniel ilə də eyni dövrdə yaşayanların çoxu üçün bu çatması qeyri-mümkün bir yuxu idi. İngiliscənin bilinən ilk qrammatikaçılarından Riçard Mulcester, "Dilimiz olan ingiliscə, bu adanın xaricinə yayıla" deyə ehkam kəsdiyində tarixlər 1582-ci ili göstərirmiş. Bu söz deyildiyində Şekspir 16 yaşında olmalıdır. Yəqin ki, o da Riçard kimi fikirləşərdi. İngiliscə XVIII əsrə qədər fransız, alman, ispan, rus və italyancadan geridə idi. Avropa Akademiyaları ingiliscədən başqa bir dil bilməyən yazıçıya, alimə yazığı gəlirdi.
Yaxşı nə oldu da, İngilis dili bu günki fəaliyyətinə çatdı?
Bu suala çox dəqiq cavablar verənlər var. Bir qisminə görə əlbəttə ki yalnız imperializm və müstəmləkəçilik sayəsində ingiliscə bu qədər təsirli hala gəldi. Digər qismə görə isə ingiliscədən bir dil olaraq potensial və qabiliyyətləri, digər Avropa dillərinə görə öyrənmə asanlığı sayəsində bu reallaşdı.
İki görüşün də qismən doğrular ehtiva etməklə birlikdə əskik olduğunu düşünürəm. İngiliscənin beynəlxalq dil kimi həqiqətən də zaman içində əldə etdiyi özünə xas qabiliyyətləri var. Ancaq bir elmi gərçək də var: "Nə qədər xüsusi və gözəl olursa olsun heç bir dil, durub durduq yerə beynəlxalq dil olmaz!".
Müstəmləkəçilik və imperializmi bura qatmadan ingiliscənin bu gün çatdığı nöqtəni açıqlamaq böyük cəhalət olar. Ayıbdır və günahdır.Britaniya Krallıq Donanması, dünyanın dörddə üçünün su ilə örtülü olduğunu erkən fərqinə vardı və dənizlərin hakimi halına gəldi. 1588-ci ildə "Armada" kimi tanınan İspaniya donanmasını təxribata uğratdı və sonra da dünyaya açılmağa başladı. 1607-ci ildə ilk ingilis koloniyası Şimali Amerikada quruldu. 1652-ci ildən etibarən qəbul edilən İngilis Naviqasiya Qanunları (Navigation Acts) ingilislərin dənizlərdəki hakimiyyətini gücləndirdi. Britanya İmperatorluğu bu qanunlarla, İngilislərə aid olmayan heç bir gəminin imperatorluğun və koloniyalarının limanlarını istifadə etməyəcəyini elan etdi. Bu qanunlar, o zamana qədər açıq dənizlərdə ingilislərlə başa-baş gedən hollandiyalılar üçün dənizlərdəki hakimiyyətini bitirən müddəti başlatdı. Artıq, Hong Konga, Port Səidə, New Yorkdan Ümidin Burnuna ingilis gəmiləri və ingilis dili gəzirdi.Ancaq ingiliscə yalnız Britaniyanın köhnə ya da yeni koloniyalarında yayılmadı. Məsələn, Çin, Polşa və Yaponiya heç İngilis koloniyası olmadıqları halda, ingiliscənin sıx təsiri altına girdilər.İngiliscə danışan əhali nisbəti, məsələn Skandinaviya ölkələrində, köhnə ingilis koloniyaları ilə müqayisə edilə bilməyəcək nisbətdə yüksəkdir.
Üçüncü dünyada müasir dövlətlərin ortaya çıxışı da ingiliscənin xeyrinə oldu. Bəzi ölkələrdə haradasa yüzlərlə dil olduğu halda bu ölkələrə müstəqilliklərini qazandıqdan sonra da rəsmi dil olaraq ingiliscədən uzun müddət imtina edə bilmədi. Çünki kimsə kimsəni anlamırdı (Baxın Zambiya ya da Hindistana).
Amerika kəşf olundu, dilin tərəzisi pozuldu.XIX əsrdə isə ingiliscənin tarixinin digər əhəmiyyətli aktyoru-ABŞ səhnəyə çıxmağa başladı. ABŞ əhalisi İngiltərə əhalisini 1860-ci ildə keçdi.
XIX əsr ingiliscənin ilk böyük sıçrama etdiyi əsrdir. Əsrin əvvəlində yəni, 1800-cü illərdə İngiliscə Avropa dilləri arasında hələ beşinci sırada idi. 1900-ci ildə isə, İngiliscə ən yaxın rəqibi olan almancanın az qala iki qatına çatmışdı. XX əsrin əvvəlində Avropa tamamilə böyük döyüşün içinə girdi. Bir çox mötəbər lingvistika mütəxəssisi, hər iki dünya müharibəsinin ingiliscəni dünya dili halına gətirən sıçramalar olaraq görür. Dünyanın super gücləri olan İngiltərə, Fransa, Osmanlı, Almaniya və Rusiya bu döyüşdə bir-birini yeyiblər. Döyüşə son dəqiqədə girərək həm iqtisadi tənəzzüldən özünü qoruyan həm də Avropanın hamisi roluna oynuyan ABŞ, artıq ağırlığını dünya səhnəsinə qoymağa başlayır. İcadlar, texnoloji inkişafların, müasir medianın dünyaya "gözdən uzaq olanın inkişafdan iraq olmayacağı" sözünün həqiqətini öyrədər. 1919-cu ildə toplanan Versal Konfransı isə, ingiliscənin diplomatiya dili olmasında ilk sıçraması idi. Konfransın üç böyüyündən ABŞ prezidenti Vudro Vilson və İngiltərə Baş naziri Lloyd Corc, ingiliscədən başqa bir dil bilmirdi. Üçüncü böyük Fransanın Baş naziri Klemenso isə  ingiliscə danışa bilirdi. İngiliscə konfransın rəsmi dili oldu. Diplomatiyaya rəngini verməyə başladı.
Futbol əsla yalnız futbol deyil.İngiliscəni dünyanın "de fakto" dili halına gətirən ən əhəmiyyətli faktorların mənə görə ən əhəmiyyətlilərindən biri də, ingiliscə danışan ölkələrin, elm və texnologiya sonra da başda Hollywood olmaq üzrə əyləncə, idman və intellektual sahələrdəki baş çevirən məhsuldarlıqları oldu. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Cəlilabadda keçən uşaqlığımın sevimli oyununu xatırlayınca heyrət edirəm. Küçədə oynadığımız oyunda, top kənardan çölə gedincə "tac (touch)", çölə gedincə "avut (out) qapıya topu göndərməyə " şut ( shot) ", topun gəlişinə vurmağa
" vole (volley) ",  sərbəst vuruşa" frikik (free-kick) ", cəza sahəsi xaricində qayda pozulmasına" faul (foul) ", cəza sahəsi içindəkinə "penalti (penalty)",  "qol (goal)", qolçu "forvet (forward)",   bütün bu fəaliyyətə "matç (match)" və hamısına birdən futbol (foot-ball) deyərdim də ingiliscə danışdığımı bilməzdim.
Radio da İngiliscənin yayılmasında rol oynadı. 1940-cı illərdə yəni radionun qızıl çağında dünyadakı radio verlişlərinin 60%-i ingilizcəydi. Eyni illər məktubun da dünyadakı ən məşhur ünsiyyət vasitəsi olduğu illər və dünyadakı məktubların 70%-dən çoxu ingiliscə yazılırdı.İngiliscə günümüzün texnoloji hökmdarı internetin də ən məşhur dilidir. Dünyadakı internet istifadəçilərinin 40%-ə yaxını ingiliscə istifadə edir. Kompüter proqramlarının və video oyunlarının əksəriyyəti ingilis dilindədir.  Yenə 1920-ci illərdə bəsirəti olan "gələcəyin göylərdə" olduğunu görürdü. İngilis dili göylərin də dili olunca gələcəyin də dili oldu. Bəli, kosmosun da rəsmi xəbərləşmə dili o gün bu gündür ingilis dilidir.

Hiç yorum yok:

Yorum Gönder