26 Mart 2016 Cumartesi

Cəlilabad rayonunun tarixi

Rayonun sovet dövründəki emblemi.
Cəlilabad rayonun ən qədim adı “Həməşərə” olub.“Həməşərə” şəhəri Muğanın tanınmış şəhərlərindən biri olmuşdur. Şəhər 50 hektara kimi ərazini əhatə edirdi. Orta əsr tarixçisi Xondəmir “Həbubisiyər” əsərində “Həməşərə” şəhərinin üç metr hündürlüyündə möhtəşəm qala divarı ilə əhatə olunduğunu göstərir. “Həməşərə” şəhəri iki hissədən ibarət olmuş, şəhəri aşağı hissəsində rəiyyət, iç qalada (təpədə) isə əyanlar yaşamışlar. Baş məbəd iç qalada yerləşmişdir. Şəhərin aşağısında karvansara və kiçik məbəd də olmuşdur. Baş məbədin ətrafında “Haoma” qaynadılan təndir, küp və küp ağızlığı, həvəng və s. qoyulmuşdur. Şəhərin yerləşdiyi təpənin altı boş olmuşdu. “Həməşərə” nin arxa hissəsində ordugah yerləşmişdir. Əl-Müqəddəsinin verdiyi məlumata görə X əsrdə Həməşərənin 35 min əhalisi olmuşdur. 1886-cı ilin siyahıya alınmasına görə “Həməşərə” şəhərində 368 ev, 1536 kişi, 1228 qadın, cəmi 2764 nəfər əhali yaşamışdır. Şəhərdə atəşpərəstliyin dini təlim məktəbi olmuşdur. Şərqdə ilk dəfə Cəlilabadın “Qurudərə” deyilən ərazisindən “Zərdüşt ibadət möhürü”nün və “İt-şəbəkə boyunbağı”nın tapılması buna əyani sübutdur.
Qədim və orta əsr tarixçiləri “Həməşərə”nin qədimindən xəbər verirlər. Səidəli Kazım bəyin “Cəvahirnameyi-Lənkəran” əsərində verdiyi məlumata görə “Muq”lar bu ərazilərdə yaşamış, “Həməşərə” şəhərində Muqların baş məbədi yerləşmişdir. Onlar bu şəhərdə “Haoma” şirəsi çəkmişlər. Cəlilabadın qədim adı “Həməşərə” sözünün etimalogiyası da buradan qaynaqlanmışdır. “Həməşərə” sözü “Haoma” və “Şirə” sözlərinin birləşməsindən yaranmış (Haomaşirə), zaman keçdikcə bu söz müxtəlif dəyişikliyə uğrayaraq günümüzə “Həməşərə” olaraq gəlib çatmışdır. Qeyd edək ki, “Haoma” Zərdüştlərdə dini içkidir. Zərdüştlər müxtəlif dini ayinləri yerinə yetirərkən bu içkidən içərmişlər. Atəşpərəst inancına görə mərdlik və cəsarət rəmzi sayılan “Haoma” şirəsi insana güc, qüvvət verərmiş.
 Banu-Parsda olmuş M.Boyls “Haoma”nın çəkilməsini beelə təsvir edir: “Efedr bitkisinin budaqlarını yığır, onu daş həvəngdə sürtüb qabıqlarını çıxarırmışlar. Sonradan ona nar şirəsi qatır, süd əlavə edib içərmişlər. Dəsturlar dini mərasimləri qızışdırmaq üçün ibadətə dələnlərə paylayarmışlar”.
 Təsadüfi deyil ki, “Haoma” şirəsi çəkilməsi üçün lazım olan “Həməşərə” üzümü və “Haoma”ya sonradan əlavə edilən nar-hazanata bitkisi bu günədək Cəlilabad ərazisində bitir.
 İndi də rayonun yaşlı nəsli, eləcə də ətraf rayonlar Cəlilabadı “Həməşərə” adlandırır. Respublika arxeoloqlarının fikrincə “Həməşərə” və “Mişarçay” mədəniyyəti b.e.ə II minilliyə aiddir.
 Coğrafiyaşünas Həmdullah Qəzvini bu şəhərdə olmuş və xəbər vermişdir ki, şəhər dəniz kənarında yerləşmişdir. Xəzər dənizinə kimi 2 fərsəng məsafə olmuşdur. Şəhər Biləsuvar və Talış mahalının arasında yerləşmişdir. Həmçinin H.Qəzvini “Həməşərə” şəhərinin V iqlimə aid edir.
 “Həməşərə” şəhəri haqqında A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlmək mümkündür. Bakıxanov yazır: “Şahın qoşunları Arasbar yolu ilə Kür çayı kənarına gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında, qədim şəhər qalığı olan “Həməşərə”də dayandılar”.
 “Həməşərə”də tapılan maddi-mədəniyyət abidələri Cəlilabad Tarixdiyarşünaslıq Muzeyində saxlanılır.
 “Həməşərə” şəhərinin daha dərindən tədqiq etdikcə Azərbaycan tarixinin dərin qatları “Riqveda” və “Atxarvaveda”, hind əfsanələrindən, habelə Avesta əsatir və hekayətlərindən süzülüb gələn keçmişi aşkarlanır, ərazilərimizdə zərdüştlüyün mövcud olduğunu inkar edən alimlərin fikirlərini puça çıxarır.

 “Həməşərə”nin son hökümdarı Bəricil xan olmuşdur. “Həməşərə” şəhəri dağılandan sonra onun ərazisindəki Hasıllı kəndi şöhrətlənməyə başladı.
Muğan şəhəri
Hasıllı özü Mişarçayın Quzey-Günbatan tayında yerləşirdi. Mişarçayın Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən alverçilər, böyük tacirlər gələr, öz mallarını bura gələn alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi. Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: “Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm”. Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: “Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan”. Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan tikdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Sonradan Hasıllılarla binə cuhud deyilən rislar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırandan sonra Hasıllı bazarı büsbütün dağıldı. Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

13 Şubat 2016 Cumartesi

Nəriman Nərimanovun Cahangir Zeynalova “Açıq məktub”u

1910-cu ildə  Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun  səhnəyə çıxmasının 25 illik yubileyi təntənə ilə qeyd olunub.
Həmin dövrdə Həştərxanda sürgündə olan N.Nərimanov da bundan xəbər tutur və yubilyarı təbrik edir. Bir neçə gün sonra isə Həştərxanda çıxan “Bürhani-Tərəqqi” qəzetinin 5 dekabr 1910-cu il tarixli nömrəsində onun Cahangir Zeynalova ünvanladığı “Açıq məktub”u dərc olunur. Məktubda deyilir:
“Əziz və möhtərəm Cahangir Zeynalov!”
Sizin 25 illik yubileyinizə dair dəvətnamə bilməm nə səbəbə mənə gec çatmış... Vaxtında çatmış olsaydı da nə edə bilərdim? Aramızda böyük dərya, Qafqaz dağları və ixtiyarsızlıq... Fəqət bu gün də istərdim sizi təbrik edənlərdən olub öz hissiyyatımı söyləyəydim. Bir yerdə, hər səhnənin üstə keçən günləri yada salıb, heç olmasa beş dəqiqə, on dəqiqə, bir saat ikimizə məlum səhnəni gəzəydik. Həmin səhnənin hər bir küncü, hər bir divarı balaca-balaca taxtadan bölünmüş otaqları bizi nə bir gözəl halətə gətirərdi!
25 il bundan müqəddəm halımızı nəzərə gətirib fikirlərimizlə bu uzun məşəqqətli, tikan səpilmiş yolu seyr etmək ruhumuzun təzələnməyinə, əqlimizin qüvvətlənməyinə, hissiyyatımızın tərənnümünə gəlməyinə səbəb olardı desəm, səhv etməmişəm. Böyləmi? Ah, nə gözəl vaxtlar? Nə ali, müqəddəs fikirlər, məqsədlər! Belə bir halətdə olmaq mənim üçün mümkün olmadı. Fəqət fikrim haman səhnədə seyr edirkən sizi “Hacı Qara” rolunda nəzərimə gətirdim. Ah... Nə gözəl mənzərə! Teatr dolu. Siz Hacı Qara rolunda səhnənin üstə, camaat əl vurur, afərin söyləyir. Siz isə məğrurluq ilə camaata baxıb öz-özünüzə deyirsiniz: “Haman bu rolda 25 il bundan müqəddəm mənə “oyunbaz” deyirdilər. Mənə həqir nəzərlərl baxırdılar. İndi isə afərin deyirlər, təbrik edirlər...”
Əziz, möhtərəm yoldaş! 25 il milli teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus sizin xidmətiniz. Çünki siz artist namini qəbul edən vaxt bakılılar artistə “oyunbaz” deyib həqir nəzərlərlə baxırdılar. “Gəlmələr” milli teatrın tərəqqisinə çalışarkən, Bakı cavanlarını özlərinə yoldaş etmək istəyirdilər. Lakin ataların teatra həqir nəzərləri onları (cavanları) belə bir gözəl işdən məhrum edirdi. Siz isə teatrın xalqa nəfini anlayıb camaatın nəzərində həqir olan bir işə şiru etdiniz! Bu fikirlərlə ki, vaxt olar, camaat səhvini anlayar. Bu gün mənə həqir nəzərlə baxan camaat, mənə “oyunbaz”, “kəndirbaz” söyləyənlər, məni bu səhnənin üstə alqışlayarlar, təşəkkürlər edərlər...”
Həqiqət 25 ildən sonra da belə oldu. Sizi alqışladılar, təbrik etdilər, 25 il ərzində çəkdiyiniz zəhməti millət unutmadı və həmin zəhmətin meyvəsini anlayıb teatra həqir nəzərini dəyişdi. Artist “oyunbaz” deyil, bəlkə böyüklər üçün nəsihətçi olmağını düşündü...
Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan təvarixdə sizin isminiz söylənəcək, söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünücəklər! Artistdən “oyunbaz” namini götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər!
Ümid edirəm bu yubiley günündə camaatın sizə alqışları gələcəkdə milli teatra dair dəyanətinizin qüvvətlənməyinə, qeyrətinizin artmağına və məsləkinizin üstə davam etməyə səbəb ola. Teatr tərəqqisinə çalışmalı. Çünki “... Millətini sevən şəxs milli teatrını da gərək sevsin”.
Afərin olsun sizə sizə möhtərəm yoldaş!
Nəriman”.

20 Temmuz 2014 Pazar

Xalqın şairi Səməd Vurğun

Sözümü necə başlayım bilmirəm. Bu yazını yazmaqıma səbəb Səməd Vurğuna qarşı olan haqsız iddihamlardır. Şairə qarşı olunan hücumlar oqeder artıb ki, onu tenqid etmek adi hal alıb. Nəinki Tənqid hətta Təhqirlər belə ünvanlanır şairə. Onun haqqında heçnə bilməyən, yaradıcılığı  ilə tanış olmayan düşüncə cəhətdən geri qalmış "insanlar" belə  bilib-bilmədən AĞZINA GƏLƏNİ danışırlar. Bəli məhz "ağzına gələni", Ağlına gələni yox.
Şairi yaltaqlıqda ,satqınlıqda ittiham edirlər. Guya ki, Səməd Vurğunun ovaxtları Mikayıl Müşviqin repressiya qurbanına çevrilməsində əli olub.Guya ki Səməd Vurğun Müsviqi qısqanıb ,böyük şair olacaqından qorxurmuş. Nəqədər boş bir iddiadır.Sual olunur. Həmin dövrdə başqa qələmi güclü olan şair yox idi ki, Vurğun onun ayaqının altını qazsın?! Gedib ədəbiyyat aləmində yeni parlayan Müşviqə ilişdi?! hamısı boş iddialardır. Vurğun M.Müşviqin nəinki torbasını tikməmiş hətta ədəbiyyat aləmidə irəliləməsinə kömək olmuşdur.Hətta onun güllələnməməsi üçün Mircəfər Bağırovdan xaiş edir.
Bu haqqda yazıçı Vidadi Babanlı öz xatirələrində nəql edir.
“Bir gün Vurğunla Fadeyev hardasa yeyib-içib hallanandan sonra Puşkin meydanından “Tverskoy” bulvarı ilə üzü aşağı gedirmişlər. Qəflətən arxadan kimsə Səmədi çağırır. Səməd əvvəlcə fikir vermir. Arxadan bir də çağırırlar, Səməd dönüb baxır ki, Mir Cəfərdir. Tez qayıdıb görüşürlər. Bağırov soruşur ki, Bakıya nə vaxt qayıdacaqsan? Səmədin qayıtmaq fikri olmasa da karıxdığından cavab verir ki, sabah. Mir Cəfər deyir, lap yaxşı oldu, bir yerdə, mənim vaqonumda gedərik. Ertəsi gün vaqonda yaxşı yeyib-içəndən sonra Səməd bir az hallanır.

- Səməd, bilirsən mən səni nə qədər çox istəyirəm? – Mir Cəfər deyir.

Vurğun deyir:

- Bilirəm, Mir Cəfər Abbasoviç, məni oğlunuz qədər istəyirsiniz.

Mir Cəfər: - Yox, oğlumdan çox istəyirəm, -deyir, - Səməd, ürəyində həyata keçməyən arzun varmı, de, bəlkə mən o arzunu yerinə yetirə bildim.

Vurğun da sadəlövh adam, həm də ki, keflənib. Dilindən çıxarır ki, bəs Mikayıl Müşfiq çox cavan, istedadlı şair idi, onu günahsız tutdular, bəlkə onun buraxılmasına kömək edəsiniz? Mir Cəfər onun sözünü kəsir, əsəbiliklə qayıdır ki, necə, sən nə danışırsan?

Səməd çəkinsə də özünü toplayıb Müşfiqin şeirlərindən bir neçə bənd deyir, sonra da soruşur ki, yoldaş Bağırov, bu şeirlərdə antisovet ruhlu nə var axı? Mir Cəfər bir az fikrə gedir. 

- Sən məni inandırdın, Bakıya qayıdan kimi bu işlə məşğul olaram, Müşfiqi axtarıb tapdıraram.

Onda Səmədgil Müşfiqin çoxdan güllələndiyini bilmirlərmiş.

Bu hadisədən bir həftə sonra Mərkəzi Komitədə partiya fəallarının yığıncağında tribunada çıxış edən Bağırov birdən üzünü zala tutub qəzəbli tonda deyir:

“Yoldaşlar! Biz bəzi adamlara həddən artıq inanıb, irəli çəkmişik, onlara hər cür şərait yaratmışıq. Amma sən demə, onların ürəyində, beynində Sovet hökumətinə, sosialist quruluşuna qarşı nifrət var”. Sonra barmağını Səmədə tuşlayır: “Vot odin iz nix – qospodin Samed Vurqun Vekilov! Na dnyax on prosil menya osvobodit yaroqo vraqa naşeqo naroda Mikaila Muşfiqa!”

Yalnız bundan sonra Səməd də, yerdə qalanlar da başa düşürlər ki, Bağırovun S. Vurğunu öz vaqonuna dəvət etməkdə məqsədi şairdən söz almaq olub”.

İndi isə gələk Rəsulzadə məsələsinə.Həqiqətən də tarixdə belə bir fakt mövcuddur ki, Səməd Vurğun öz şeirlərində, poemalarında Rəsulzadə və müsavatçılar haqqında təhqiramiz fikirlər səsləndirib. Ancaq bütün bunlara baxmayaraq, Rəsulzadə onun fikirlərinə loyal yanaşaraq Vurğunu Azərbaycan dilinin inkişafında xidmətləri olan böyük şair kimi qiymətləndirib. Onun dəyərini verib.M. Ə. Rəsulzadə deyirdi ki,  dövrün tələbi Səməd Vurğun belə bir addım atmağa vadar olmuşdu.Qapalı sovet cəmiyyətində yaşayan bir şair əlbəttə ki, məni tərifləyə bilməz.
Səməd Vurğunun Hüseyn Cavid, Cəfər Cabbarlı və bu kimi ədiblər haqda səsləndirdiyi fikirlərə gəlincə, Səməd Vəkilov qeyd etdi ki, Səməd Vurğuna qarşı da eyni addımlar atılıb: “Biz Səməd Vurğun əleyhinə yazılan donosları, tənqidləri çap etdirsək çoxcildli əsər alınar. Səməd Vurğun Azərbaycan türk dilli poeziyasının şah əsəridir. 

Səməd Vurğun o insandır ki,, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir. 
Səməd Vurğun o insandır ki, öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürmüşdür.
Səməd Vurğun o insandır ki, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. 
Səməd Vurğun o insandır ki, Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi.
Səməd Vurğun o insandır ki, Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
Səməd Vurğun o insandır ki,  1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım,Mozdok,Qroznı Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
Səməd Vurğun o insandır ki, Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
Hətta və hətta Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. "Aygün" poeması tənqid edilir, şairin Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur. 
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda "Sovet poeziyası haqqında" məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
Hə yaddan çıxmadan onu da qeyd edim ki,Səməd Vurğuna "Vətən xaini" deyib ama Nazim Hikməti sevən bir kütlə də var. Onlara isə demək istədiyim odur ki, Unutmayın ki, Nazim Hikmətə öz ölkəsində hələ də  "Vətən xaini " deyirlər. Bilirsiz niyə görə ?! Dövrünün hakimiyyətdə olan rejimini bəyənməyib ,tənqid etdiyi sizin o bəyənmədiyiniz SSRİ-yə qaçdıqına görə. Mənim əzizlərim Nazim Hikmət də Səməd Vurğun kimi xalqına ,insanlığa vurğun biri idi və Kommunist idi. İndi siz Birini sevib birini kənara itələyirsinizsə deməli sizin təfəkkürünüzdə, analiz qabiliyyətinizdə bəzi problemlər var. Oturun,papaqınızı qoyun qabaqınıza və həqiqəti bilmədiyiniz şeylər haqqında başınızdan böyük danışmayın. 
Yazımı hamımızın uşaqlıqdan əzbər bildiyimiz şairin bu beyti ilə bitirirəm.
El bilir ki, sen menimsen, 
Yurdum, yuvam, meskenimsen, 
Anam dogma vetenimsen! 
Ayrilarmi konul candan? 
Azerbaycan, Azerbaycan!

10 Eylül 2013 Salı

Bhagavad Gita


                                


Bhagavad Gita, Hinduların ədəbiyyat və fəlsəfə baxımından əhəmiyyətli bir işi olan köhnə bir Hind mətndir. Sanskritcədən  İngiliscəyə 1795-ci ildən  Charles Wilkins tərəfindən  tərcümə edilmişdir. Bhagavad Gitanın adı "Tanrı mahnısı" mənasını verir. Bura Hind mənəvi və intellektual ənənəsi ilə əlaqədar çox əhəmiyyətli mövzular daxildir. Bhagavad Gita normalda müstəqil bir mətn olaraq təşkil edilmişdi ancaq sonra böyük bir Hind Dastanı olan "Mahabharata"nın ən uzun  bölməsi oldu.  18 qısa bölmə və təxminən 700 ayə bu uzun mətnə daxildir. Bu Bhagavad Gitanın bilinən hissəsidir. Qısaca Gita olarak adlandırılar.
Bhagavad Gita e.ə. 400  və b.e-nın 200-ci illər arasında yazılmışdır . Vedalar və Upanişadlar kimi Bhagavad Gitanın da yazıçısı naməlumdur. Ancaq bu yazının müəllifi kimi əfsanədən daha çox gərçək bir tarixi şəxsiyyət olan  Vyasa adında bir adamın adı çəkilir.
Gita, Hindistanda əhəmiyyətli ictimai dəyişmənin və artan şəhərləşmənin mövcud olduğu bir dövrdə yazılmışdır. Bu Antik Hind mətni  dinclik, sakitlik və necə mənəvi dəyərlərə sahib olmaq haqqında mətndir.
 Gita yazılan ərəfədə Hindistanda acketikizm(ideal bir ruhi həyat) ilə bağlı görüşlər yaranmağa başladı. Çaynistlər və Buddistlər asketikliyi hər şeyi buraxaraq (ailə, əşyalarını, peşələr və s) mənalı bir şəkildə yaşamaq üçün ən yaxşı yol olduğunu söylədilər
Bhagavad Gita aşağıdakı sualı verir: necə bir həyat yaşamaq olar ki,ruhi mənalı cəmiyyətdən geri çəkilmək olmadan? Gitaya görə  asketiklər və kahinlər hərşeydən  imtina ilə mükəmməl bir mənəvi həyat yaşaya bilər və aktiv bir ruhi həyat dəyərini vurğulayan ümumi bir fikir birliyi meydana gətirər.
Böyük torpaq sahələri olan  2 Əmioğlunun  taxt üçün yarışması haqda Gitada bir hissə var : Pandavalar və Kauravalar. Diplomatiya müvəffəqiyyətsiz olandan sonra bu iki klan hansı tərəfin taxta sahib olacağını qərar vermək üçün bir döyüş sahəsində görüşək. Bu böyük  döyüş  Kurukshetra(Kurusun sahəsi) adlanır.Bu yer   Hindistanda müasir Haryana dövlətinin ərazisində yerləşir.

Arjuna, böyük oxçu və  Pandavaların lideridir .O yoldaşlarına, qohumlarına, köhnə müəllimlərınə  və nəhayət bütün Krallığa  nəzarət edir. Romantik oxçu Arjuna  yay və oxları buraxmağa qərar verər. O döyüşdən geri çəkilməyə seçər, sevdiyi insanların ölümündən məsul olar.
Onun döyüş avtomobilinin sürücüsü  Krişna şəklini almış Tanrı Vişnu  idi. Krishna, Arjunanın hərşeyi buraxmasını görər və o bir döyüşçü olaraq vəzifəsini sadiq qalaraq düşmənə  qarşı Arjunanı razı salmağa başlar. Bhagavad Gitada  Arjuna və Krishna, bir adam və bir Tanrı, bir axtaran və bir bilici olaraq təqdim edilir.
Bhagavad Gitanın mesajı
[Krishnanın danışması] Sən heçvaxt doğulmadın, heçvaxt ölməyəcəksən.Heçvaxt dəyiçmədin, heçvaxt dəyişməyəcəksən. Bədən ölüncə doğulmamış, əbədi, dəyişməz olan sən ölmə. (Bhagavad Gita 2:20)
Bhagavad Gıtada  Krishna üç yoldan izah edir.
Jnana yoga (məlumat yolu) ilk yoludur. Bu fikir Upanishadlara dayanır və həyatla ölümün gərçək olmadığını əsas tutar. Görünməzlik bir illüziyadır. Tek gördüyümüz birliyini əlamətləridir.
Bhakti yoga (fədakarlıq yolu) ikinci bir yoldur. Bu mövzuda bir fikir Hinduizm içində detallı olaraq inkişaf etdirilən bir üsuldur.
Üçüncü yol, Karma yogadır ("hərəkət yolu" və ya "işlər yolu"). Karma yoganın arxasındakı fikir  təsirli olur; başqa sözlə, o olmadan hərəkət etmək bizim tədbirlər nəticəsiz ola bilər.
Bhagavad Gita təsiri
Gita Mahatma Qandi kimi əhəmiyyətli şəxslərin   ana istinad kitabı idi.
Fizik Robert Oppenheimer New Mexicodakı  ilk  atom bombasının sınağında göbələk buludu kor edici parıltısını izlədi. Oppenheimer o zaman bunu görüncə iki Gita ayəsi onun ağlına gəldi:
Minlərlə günəş eyni zamanda göylərdə yüksəlmək üçün olsaydı, onların işığının alovu o uca ruhun izzətinə bənzərdi. (Bhagavad Gita'nın 11:12)
Mən Zamanam, hamını yox edən; Dünya yandırmaq  üçün gəldim.
(Bhagavad Gita'nın 11:32)
Bu qədim kitabın mesajı bütün Asiya və dünya səviyyəsində yayıldı.

1 Eylül 2013 Pazar

Qədim Misirdə UFO’lara aid izlər


Qədim  Misirdə UFO’lara aid izlər

Yuxarıda görülən fotoşəkil, arxeoloqlar tərəfindən e.ə 1700 -1300 ci illər arasında Misirdə hökm sürmüş , köhnə bir Kral olan Ptahhotpenin Şimali Səhrada olan Mastabasdaki məzar divarı üzərində çəkilmiş olaraq tapıldı. Tapıldığı ilk zamanlarda bu fotoşəkilə çox diqqət edilməmişdi. Daha sonra edilən kiçik bir fotoşəkil analizi əsnasında çox qəribə bir şeyə rast gəlindi. Fotoşəkilin dərhal sağ ən alt küncündə maraqlı bir varlıq şəkili var idi. Arxeoloqların və elm adamlarının ortaq şəkildə etdikləri OPTİKAL araşdırmalar sonrasında və hadisə yeri araşdırmalarında çəkilmiş olan canlının silueti daha da diqqətə çarpan şəkildə ortaya çıxarılmış oldu.
Foto analizlərinin tamamlanmasından dərhal sonra qarşılarında iki ayaqlı insanabənzər , qəribə bir canlı varlıq şəkili dayanmaqda idi. Bu şəkil ilk başlarda iki qıçlı və iki qollu nəhəng bir böcək olaraq şərh olundu. Lakin daha sonraları bunun sanıldığı kimi bir böcək təsviri olmadığı aydın oldu. Hadisəni öyrənən UFO araşdırmaçıları dərhal fotoşəkili araşdırmağa başladılar. Ortaya çıxan nəticə dəhşət verici bir həqiqəti bütün çılpaqlığıyla gözlər önünə atırdı. Əldə etdikləri şəkil bizim “bozlar” adını verdiyimiz dünya xarici varlıqlarla tamamiylə eyni idi. Onsuz da illərdir ictimaiyyəti məşğul edən və tam mənasıyla bir naməlumluq halına gələn köhnə misir mədəniyyətinin UFOlar və onları idarə edən dünya xarici zəkayla olan əlaqəsi bu görünüşlərlə bir dəfə daha pərçimlənmiş olurdu.

Şəkil: 1-2. Misirin sabiq Kralı Ptahhotpenin məzar divarında olan ( Boz varlıq bənzəri ) dünya xarici varlıq şəkilini görməkdəyik.

Şekil: 3 İndiki vaxtda bozlar olaraq təyin olunan Dünya xarici varlıq şəkili ( bozlara aid XXI əsr şəkili)

İşin ən heyrət verici tərəfi isə XXI əsr  insanının hələ də mübahisə etdiyi " dünya xaricində həyat varmı ? " Sualıdır . Varsalar nəyə bənzəyirlər , müzakirələrinə  e.ə 1300-cü illərdə yaşamış olan insanların son nöqtəni o primitiv sandığımız başlarıyla qoymasıdır. Yəni bu gün bütün ört-basdır səylərinə baxmayaraq ortaya çıxmış olan dünya xarici ağıllı həyat faktını biz - XXI əsr insanına bir dəfə daha bütün çılpaqlığıyla sübutu sayılmazmı sizcə?
Amma hər şeydən daha da əhəmiyyətlisi insanların yüzlərlə ildir qaçırılmasıyla birə-bir əlaqəsi olduğu ifadə edilən və bu varlıqları təsvir edən insanların çox qədimlərdən bəri yalançılıqla və dəliliklə günahlandırıldığı və yaşadıqları hadisələrdən ötəri məsul gördükləri " bozlar " bu şəkildə açıqca vurğulanmış olmasıdır. Tapılan bu möcüzə şəkil sanki bizlərə , alın  sizə sübut deyirmiş kimi qarşımıza çıxmışdır.
Gözlərimiz önündə sanki biz buradayıq deyə hayqıran bu qədər dəlil varkən hələ inkar edənlərə söyləyəcək çox bir şey tapa bilmirəm. Məncə onlara verəcəyimiz ən böyük cavablar onsuz da keçmişimizdə heç pozulmamış bir vəziyyətdə, dimdik ayaqda dayanmaqda olan tarixi əsərlərimizdir.

24 Temmuz 2013 Çarşamba

Kitabların tarixi



'Book' (Kitab) sözü köhnə Alman dilindəki “Boka” sözündən törəmişdir.
Kitabın təkamülü yazının üstünə yazıldığı vəsaitlərin təkamülünə bağlı olmuşdur. Mesopotamiyada  daha III minillikdə  gil lövhələr üzərinə hərflər yazılırdı . Parçalar da üstünə yazı yazılan vəsaitlər olaraq tarixin bir dövründə istifadə edilmişlər. Bunlar arasında Çinlilərin fırça ilə yazı yazdıqları ipəyi və ya bezi də saymaq lazımdır. Ancaq davamlı surətdə araşdırmaq və özünü yeniləmək vəziyyətində olan insan yazı vəsaiti deyə biləcəyimiz ünsürləri taparaq və inkişaf etdirərək kitab anlayışına yeni ölçülər qazandırmışdır.
Əsrlər boyunca ətrafındakı hər tapdığı düz səthi yazı vasitəsi kimi istifadə edən insanoğlu davamlı olaraq  yeni vəsaitlər axtarışını davam etdirmişdir. Sümər, Aşşur və Het gil lövhələri ilə Misir papirusları təxminən eyni tarixlərdə  (e.ə. 3000) ortaya çıxmışdır. Gil lövhələrdən çox  papiruslar müasir kitabın qabaqcılı olaraq qəbul edilirlər.
Papirüs, Nil çayı sahillərində və Nil deltasının bataqlıqlarında yetişən bir bitkidir. Üzərlərinə yazı yazılan papirüslar bir-birlərinə yapıştırılaraq 6-10 metr uzunluğunda zolaqlar əldə edilər və bunların da uclarına çubuqlar taxdıqdan sonra qıvrılaraq rulonlar halında saxlanılardı. Papirüsdan hazırlanan ilk kitablar belə rulon halında olurdular. Məşhur İsgəndəriyyə Kitabxanası bu kitablardan yaradılmışdır. Papirus rulonlardan  Yunanlılar və Romalılar da uzun müddət istifadə etmişlər. 400-cü ildən etibarən  papirus rulonların yeri perqament və ya Vellu Kodeks alması ilə əvəz edildi və bu kitabın formasında bir inqilab yaratmışdır.
Kitabın hekayəsində Anadolunun da şübhəsiz əhəmiyyətləri vardır. Lülə halında bükülmüş kağızların Bergama Kralı II Eumenesin tapdığı söylənilməkdədir. Üzərinə yazı yazmaq üçün heyvan dərilərinin işlənməsinə çox əvvəllər başlanmış olmasına qarşı, bu məşğuliyyətin ən əhəmiyyətli mərkəzi Bergama olmuş, hətta bölgə öz adını da (perqament, pergamineum) bu alətə vermişdir.

Çinlilər  kenevir tut ağacı qabıqlarını və başqa bitki mənşəli maddələri üyüdərək  qurutdular və sonra üstünə yazı yazılan bir xəmir halına gətirməyi bacardılar.
 105-ci ildə Tsaylunun tərəfindən hazırlandığı deyilən bu kağız, orta əsrlərin sonunda kitab istehsalında perqamentin yerini aldı. Beləcə kağız həyatımıza çıxmamaq üzrə girmiş oldu. Kağız istehsalındakı texnikanın davamlı inkişaf etdirilməsi əl yazmalarının yayılmasına və xüsusilə XV əsrdə təzyiq maşınıyla mətnlərin çoxaldılmasını təmin etmişdir. XIX əsrdə isə kağız Louis Nicolas Robertin icad etdiyi (1798) və İngiltərədə Fourdrinier ilə Donkinin inkişaf etdirdiyi maşınla mexaniki bir şəkildə istehsal olunmağa başlanmışdır.
Onu da qeyd edim ki, kitab bugünkü düzbucaqlı şəklini Roma İmperatoru Avqust dövründə almışdır. Səhifələrin kəsilib bir-birinə tikilməsi metodundan ilk dəfə bu imperatorun vaxtında tətbiq olunmuşdur. Bu cür kitaba 'Codex' adı verilmişdir. İstər roll istəsə tumar halında olsun köhnə kitabların yazıları əllə yazılar, şəkilləri də yenə əllə yapışdırılardı. Bir kitabı meydana gətirə bilmək üçün bəzən aylarla çalışılardı.



23 Temmuz 2013 Salı

Quldarlığın tarixi


Quldarlığın tarixi
Qul, tamamilə başqa bir insanın malı olan, hər hansı bir əşya kimi alınıb satıla bilən adamdır.Quldarlıq qədim dövrdən XIX əsrə qədər davam edən uzun bir tarix boyunca müxtəlif formalarda mövcud olmuşdur.
Qullar, daşınar hər hansı bir mal kimi görüldükləri və onlara heç bir haqq və azadlıq tanınmaması üçün, özlərindən istənən hər cür işi etməklə öhdəçilikli idilər.Quldarların pis davranışları, ağır həyat və iş şəraiti, insan sayılmayan minlərlə qulun ölümünə yol açdı. Bir qul üçün qulluqdan xilas olmanın tək yolu sahibi tərəfindən azadlığının geri verilməsi, yəni azad edilməsi idi.
İnsanlar tarix boyunca, içində yaşadıqları cəmiyyətə və dövrə görə müxtəlif yollarla qullaşdırıldılar. Döyüşdə məhbus edilmək, bir cinayət səbəbiylə cəzalandırılma, borcunu ödəyə bilməmək ya da qul ana-atadan dünyaya gəlmək, qul olmanın müxtəlif növlərindən idi.
İnsanların ancaq özlərinə lazım olduğu qədər istehsal etdikleri qədim dövrlərdə qulluğ yox idi. Zamanla istehsalda istifadə vasitələr inkişaf etdikcə istehlak edə bildiklərindən  daha çox istehsal etməyə başladılar. Bundan sonra, döyüş dusdağlarını öldürmək yerinə özləri üçün işlətməyə başladılar və onların çıxardıqları çox məhsula əl qoydular. Beləcə qullar və quldarlıq yarandı.
Sümərleərde qullar ya ev xidmətlərində və ya tarlalarda işlədilərdi. Mənfəət gətirən bir mal olaraq alınıb,satılmağa başlamaları daha sonrakı dövrlərə təsadüf edir. İlk olaraq Qədim Yunanıstanda qullar cəmiyyətin təməl siniflərindən biri oldu və iqtisadiyyat ağırlıqla quləməyinə dayandı. Burada qullar daha çox ev xidmətlərində və əkinçilikdə çalışdırıldılar. Qullar vətəndaş sayılmadıqları üçün heç bir haqqa sahib deyildilər. Qul sayı çox artan Roma İmperatorluğunda, qulların bəziləri mədənlərdə və daş karxanalarında işlədilərkən, bəziləri də xalqı əyləndirmək məqsədiylə yırtıcı heyvanlarla ya da bir-birləriylə ölümünə döyüştürülürdü. Daha şanslı olanlar isə fermalarda və evlərdə işlədilərdi.
Bu dövrdə, bir çox qul içində olduğu şərtlərə görə üsyan etdi. Bunların ən əhəmiyyətlisi Spartak üsyanıdır. Eramızdan əvvəl 73-də İtaliyada, Capuada qladiator olaraq satılan Spartak, bəzi qullarla birlikdə qaçaraq Vezuvi dağına sığındı. Başqa qaçaq qulların da onlara qatılmasıyla bütün İtaliyaya qorxu salan 100 min nəfərlik bir ordu meydana gəldi. İki il sonra Spartak bir vuruşmada öldürülüncə, gücləri parçalandı və qiyam sona çatdı.
Roma İmperatorluğunun süqutundan sonra quldarlıq gerilədi  amma dərhal ortadan qalxmadı.VIII-X əsrlərdə Almaniyada əkinçilik işçilərinə olan ehtiyacın artması quldarlığın canlanmasına gətirib çıxardı. Bu məqsədlə bir çox döyüş məhbusu Slavyan qullaşdırıldı. XIII əsrin sonlarında Avropanın bir çox bölgəsində qulların yerini artıq serfler almışdı. Serfler, torpağa və bəylərinə bağlı istehsalçılar idi. Qullar kimi alınıb,satılmaz amma sahiblərini və olduqları yeri də tərk edə bilməzdilər. Torpaqlar, üzərində yaşayan serflerle birlikdə alınır və satılırdı. Orta əsrlərdə serfler iqtisadiyyatın əsas sütunu idi.
Xristian Kilsəsi və İslam dini, müasir dövrə gələnə qədər quldarlığa qarşı çıxmadı. Müsəlmanlar ilə Xristian Avropa arasındakı uzun çəkən döyüşlərdə, hər iki tərəf də aldıqları döyüş dusdağlarını qullaşdırdı. Bununla birlikdə Müsəlmanların aldıqları məhbusların çoxu ev xidmətlərində işlədildi. Ayrıca, Müsəlmanlığda qulu azad etmək savab olduğu üçün, qulların bir hissəsi azad edilir və İslam dinini qəbul edərək birliyin bir üzvü ola bilirdi.
Osmanlılarda ümumiyyətlə döyüşlərdə ya da quldurluq yolu ilə məhbus edilən kəsləri qul olaraq istifadə etmək, alıb satmaq ənənəsi vardı. Bunun xaricində başqa ölkələrdəki bazarlardan satın alınaraq ölkəyə gətirilən qullara da rast gəlinərdi. Qul ticarətini yalnız müsəlman tacirlər edə bilər, xristianlar da qul satın ala bilərdi. Müsəlman qul istifadə etmək isə qadağan idi. Qulları əkinçilik istehsalında və ya sənətkarlıq istehsalında işlətmək Osmanlı Dövlətində çox yayılmasa da  rast gəlinirdi. Ayrıca Xristian məhbusların beşdə birinə dövlətin əl qoyması və bunları Türkləşdirilərək dövlət xidmətində istifadə etməsiylə başlayan yeniçəri sistemi də Osmanlılara xas bir növ quldarlıq  sayıla bilər. Osmanlılarda əsir ticarətinə əsaslanan quldarlıq 1847-də rəsmi olaraq qaldırıldı. Yeniçəri  sistemi isə fəthlərin dayanmasına paralel olaraq daha XVII əsrdə əhəmiyyətini itirməyə başladı, XVIII əsrin ortalarında da tamamilə ortadan qalxdı.

Yaxın Şərqin gizli tarixini öyrənə biləcəyikmi?



Son 200 ilin arxeoloji paylanma xəritələmələrı, antik yaşayış sahələrini tək-tək təsbit edərək xəritələməyə söykənirdi. Ancaq artıq kosmosdan görüntüləmə texnologiyaları inqilabi bir yenilik gətirir.Keçən həftə Proceedings of National Academy of Sciences jurnalında nəşr olunan bir araşdırma insanlığın Mesopotamiyadakı ilk böyük məskənlərinin sirlərinə işıq tutdu. Peyk görüntülərinə söykənən bu yeni texnologiyaların arxeologiya və antropologiyaya  yeni bir cığır açması gözlənilir.
Bir çox arxeoloji dəlil insanlığın ilk sivilizasiyalarının Mesopotamiyada, yəni bu günkü İraq, şimal Suriya, cənub-şərq Türkiyə və cənub-qərb İranı əhatə edən coğrafi bölgədə həyat tapdığına işarə edir.
Ənənəvi arxeologiya işləri antik sivilizasiyalara dair məlumatlarını ərazidə edilən qazıntılardan əldə edirdilər. Bu qazıntılar üçün ən çox gözə batan kurqanlar seçilirdi.Ancaq qədim birliklərin bölgədə həm məkan, həm də müvəqqəti olaraq yayılımları, bir-birləriylə necə əlaqələr içində olduqları kimi sualları bu tip mikro yanaşmalarla cavab vermək mümkün deyil. Bunun üçün sistematik yanaşma məcburi idi. Bu vaxt dövrəyə kosmosdan görüntüləmə texnologiyaları girdi. Bu texniki köməyiylə Harvarddan arxeoloq Jason Ur və Masaçusets kompüter alimi Bjoern Menzi insan məskənlərinin görüntülərini misli görülməmiş tərzdə xəritəyə çəkməyə bacardılar. Ur və Menze'nin yeni üsulu sayəsində Mesopotamiya bölgəsində 23 min kvadrat kilometrlik sahəyə yayılmış və böyük əksəriyyəti daha əvvəl gözdən qaçmış son 8000 ilə aid 14 min yaşayış yeri xəritələndi.
Uzaqdan görüntüləmə analiz üsulu antrosol adı verilən tipik bir torpaq növünün təsbitinə söykənir. Bu torpaq tipi xüsusilə uzun müddətli insan fəaliyyətinin varlığında meydana gəlir. Antrosol torpaqlar dərhal gözə çarpmayan, ancaq çox ayırd edici bir rəngə sahib və qonşu torpaqlardan orqanik maddə miqdarınca daha zənginlər. Torpaq analizi ərazi çalışmasındaki arkeologlar tərəfindən illərdir istifadə edilir ancaq inqilab xüsusiyyətində olan, Ur və Menzenin çoxlentli peyk görünüşləri köməyi ilə antrosolleri səmadan təsbit etmək üzrə inkişaf etdirdikləri üsul oldu.
Ur və Menzi, topladıqları çox saydakı məskunlaşma yerinin dağılımını araşdırdıqlarında, böyük məskunlaşma yerlərinin çaylara yaxın və yağışı bol bölgələrdə olduqlarını təsbit etdilər. Araşdırmaçılar ayrıca, başqa yaşayış yerləriylə əlaqələrin sıxlığı artdıqca, məskunlaşmanın də böyüdüyünü tapdılar. Ancaq araşdırma, məskunlaşma yerlərinin nə zaman inşa edildiklərini dair məlumat ehtiva etmir. Keçmiş məskunlaşmalarının necə böyüdüyünü çox daha detallı şəkildə öyrənmək üçün müvəqqəti məlumatın da toplanması lazım olacaq.
Bu tip işlərin, ərazi arxeoloqlarına istiqamət göstərmək və planlaşdırıcılar hansı ərazilərin əkinçiliyə və ya məskənə açılacağı qərarlarına köməkçi olmaq baxımından iki böyük praktik faydası olması gözlənilir. Bu tip arxeoloji məlumat, keçmişin izlərini daşıyan son ipuclarının da təxrib edilməməsi baxımından son dərəcə əhəmiyyətli.
Gözləyək , görək nə olur.

21 Temmuz 2013 Pazar

İngilis dili necə beynəlxalq dil oldu?




"Dilimizin xəzinələrini xarici sahillərə göndərə bilərikmi? 
Qərb üfüqündə hələ təyin olunmamış ölkələrə, bu ən böyük qürurumuzla çata bilərikmi? 
Oralar bizim ləhcəmizlə gözəlləşərmi? "

Samuel Daniel 1590-cı illərdə yazdığı şeirində soruşduğu bu sualların cavabını ala bilmədən öldü. Bu gün, qərb üfüqündə meydana çıxan dünyanın super gücü ingiliscə danışır. Dünyada ana dili ingiliscə olan 400 milyona yaxın insan var. Çin və ispancadan sonra üçüncü yerdədir amma təsiri onlarla müqayisə edilməyəcək dərəcədə çox. Yer üzündə ingiliscə bilən insan sayının 1,5 milyarddan çox olduğu təxmin edilir. 2020-ci ildə ingiliscə danışan ya da öyrənən insan sayı 2 milyardı keçəcək və bunların yalnız 15 faizini ana dili ingiliscə olanlar meydana gətirəcək.
Hər cəmiyyətdə, "why (niyə)" deyənlər də var, "why not? (niyə də olmasın)" deyənlər də. Vay notçu Samuel Daniel ilə də eyni dövrdə yaşayanların çoxu üçün bu çatması qeyri-mümkün bir yuxu idi. İngiliscənin bilinən ilk qrammatikaçılarından Riçard Mulcester, "Dilimiz olan ingiliscə, bu adanın xaricinə yayıla" deyə ehkam kəsdiyində tarixlər 1582-ci ili göstərirmiş. Bu söz deyildiyində Şekspir 16 yaşında olmalıdır. Yəqin ki, o da Riçard kimi fikirləşərdi. İngiliscə XVIII əsrə qədər fransız, alman, ispan, rus və italyancadan geridə idi. Avropa Akademiyaları ingiliscədən başqa bir dil bilməyən yazıçıya, alimə yazığı gəlirdi.
Yaxşı nə oldu da, İngilis dili bu günki fəaliyyətinə çatdı?
Bu suala çox dəqiq cavablar verənlər var. Bir qisminə görə əlbəttə ki yalnız imperializm və müstəmləkəçilik sayəsində ingiliscə bu qədər təsirli hala gəldi. Digər qismə görə isə ingiliscədən bir dil olaraq potensial və qabiliyyətləri, digər Avropa dillərinə görə öyrənmə asanlığı sayəsində bu reallaşdı.
İki görüşün də qismən doğrular ehtiva etməklə birlikdə əskik olduğunu düşünürəm. İngiliscənin beynəlxalq dil kimi həqiqətən də zaman içində əldə etdiyi özünə xas qabiliyyətləri var. Ancaq bir elmi gərçək də var: "Nə qədər xüsusi və gözəl olursa olsun heç bir dil, durub durduq yerə beynəlxalq dil olmaz!".
Müstəmləkəçilik və imperializmi bura qatmadan ingiliscənin bu gün çatdığı nöqtəni açıqlamaq böyük cəhalət olar. Ayıbdır və günahdır.Britaniya Krallıq Donanması, dünyanın dörddə üçünün su ilə örtülü olduğunu erkən fərqinə vardı və dənizlərin hakimi halına gəldi. 1588-ci ildə "Armada" kimi tanınan İspaniya donanmasını təxribata uğratdı və sonra da dünyaya açılmağa başladı. 1607-ci ildə ilk ingilis koloniyası Şimali Amerikada quruldu. 1652-ci ildən etibarən qəbul edilən İngilis Naviqasiya Qanunları (Navigation Acts) ingilislərin dənizlərdəki hakimiyyətini gücləndirdi. Britanya İmperatorluğu bu qanunlarla, İngilislərə aid olmayan heç bir gəminin imperatorluğun və koloniyalarının limanlarını istifadə etməyəcəyini elan etdi. Bu qanunlar, o zamana qədər açıq dənizlərdə ingilislərlə başa-baş gedən hollandiyalılar üçün dənizlərdəki hakimiyyətini bitirən müddəti başlatdı. Artıq, Hong Konga, Port Səidə, New Yorkdan Ümidin Burnuna ingilis gəmiləri və ingilis dili gəzirdi.Ancaq ingiliscə yalnız Britaniyanın köhnə ya da yeni koloniyalarında yayılmadı. Məsələn, Çin, Polşa və Yaponiya heç İngilis koloniyası olmadıqları halda, ingiliscənin sıx təsiri altına girdilər.İngiliscə danışan əhali nisbəti, məsələn Skandinaviya ölkələrində, köhnə ingilis koloniyaları ilə müqayisə edilə bilməyəcək nisbətdə yüksəkdir.
Üçüncü dünyada müasir dövlətlərin ortaya çıxışı da ingiliscənin xeyrinə oldu. Bəzi ölkələrdə haradasa yüzlərlə dil olduğu halda bu ölkələrə müstəqilliklərini qazandıqdan sonra da rəsmi dil olaraq ingiliscədən uzun müddət imtina edə bilmədi. Çünki kimsə kimsəni anlamırdı (Baxın Zambiya ya da Hindistana).
Amerika kəşf olundu, dilin tərəzisi pozuldu.XIX əsrdə isə ingiliscənin tarixinin digər əhəmiyyətli aktyoru-ABŞ səhnəyə çıxmağa başladı. ABŞ əhalisi İngiltərə əhalisini 1860-ci ildə keçdi.
XIX əsr ingiliscənin ilk böyük sıçrama etdiyi əsrdir. Əsrin əvvəlində yəni, 1800-cü illərdə İngiliscə Avropa dilləri arasında hələ beşinci sırada idi. 1900-ci ildə isə, İngiliscə ən yaxın rəqibi olan almancanın az qala iki qatına çatmışdı. XX əsrin əvvəlində Avropa tamamilə böyük döyüşün içinə girdi. Bir çox mötəbər lingvistika mütəxəssisi, hər iki dünya müharibəsinin ingiliscəni dünya dili halına gətirən sıçramalar olaraq görür. Dünyanın super gücləri olan İngiltərə, Fransa, Osmanlı, Almaniya və Rusiya bu döyüşdə bir-birini yeyiblər. Döyüşə son dəqiqədə girərək həm iqtisadi tənəzzüldən özünü qoruyan həm də Avropanın hamisi roluna oynuyan ABŞ, artıq ağırlığını dünya səhnəsinə qoymağa başlayır. İcadlar, texnoloji inkişafların, müasir medianın dünyaya "gözdən uzaq olanın inkişafdan iraq olmayacağı" sözünün həqiqətini öyrədər. 1919-cu ildə toplanan Versal Konfransı isə, ingiliscənin diplomatiya dili olmasında ilk sıçraması idi. Konfransın üç böyüyündən ABŞ prezidenti Vudro Vilson və İngiltərə Baş naziri Lloyd Corc, ingiliscədən başqa bir dil bilmirdi. Üçüncü böyük Fransanın Baş naziri Klemenso isə  ingiliscə danışa bilirdi. İngiliscə konfransın rəsmi dili oldu. Diplomatiyaya rəngini verməyə başladı.
Futbol əsla yalnız futbol deyil.İngiliscəni dünyanın "de fakto" dili halına gətirən ən əhəmiyyətli faktorların mənə görə ən əhəmiyyətlilərindən biri də, ingiliscə danışan ölkələrin, elm və texnologiya sonra da başda Hollywood olmaq üzrə əyləncə, idman və intellektual sahələrdəki baş çevirən məhsuldarlıqları oldu. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Cəlilabadda keçən uşaqlığımın sevimli oyununu xatırlayınca heyrət edirəm. Küçədə oynadığımız oyunda, top kənardan çölə gedincə "tac (touch)", çölə gedincə "avut (out) qapıya topu göndərməyə " şut ( shot) ", topun gəlişinə vurmağa
" vole (volley) ",  sərbəst vuruşa" frikik (free-kick) ", cəza sahəsi xaricində qayda pozulmasına" faul (foul) ", cəza sahəsi içindəkinə "penalti (penalty)",  "qol (goal)", qolçu "forvet (forward)",   bütün bu fəaliyyətə "matç (match)" və hamısına birdən futbol (foot-ball) deyərdim də ingiliscə danışdığımı bilməzdim.
Radio da İngiliscənin yayılmasında rol oynadı. 1940-cı illərdə yəni radionun qızıl çağında dünyadakı radio verlişlərinin 60%-i ingilizcəydi. Eyni illər məktubun da dünyadakı ən məşhur ünsiyyət vasitəsi olduğu illər və dünyadakı məktubların 70%-dən çoxu ingiliscə yazılırdı.İngiliscə günümüzün texnoloji hökmdarı internetin də ən məşhur dilidir. Dünyadakı internet istifadəçilərinin 40%-ə yaxını ingiliscə istifadə edir. Kompüter proqramlarının və video oyunlarının əksəriyyəti ingilis dilindədir.  Yenə 1920-ci illərdə bəsirəti olan "gələcəyin göylərdə" olduğunu görürdü. İngilis dili göylərin də dili olunca gələcəyin də dili oldu. Bəli, kosmosun da rəsmi xəbərləşmə dili o gün bu gündür ingilis dilidir.

Allahlarmı insanları yaratdı yoxsa insanlarmı allahları?


Allahlarmı insanları yaratdı yoxsa insanlarmı allahları?

Sümərlər e.ə 3500- 2000 illəri arasında aşağı Mesopotamiyada fəaliyyət göstərən sivilizasiyadır.Mesopotamiya Dəclə və Fərat arasında qalan məhsuldar torpaqdır (ki daha sonra Mesopotamiyanın bol gilli torpaqlarını istifadə edərək mixi yazısını icad etmişlər). Sümərlilər Mesopotamiyanın yerli xalqı olmayıb Orta Asiyanın şimalından gəldikləri düşünülməktədir.Sümərlilərin xəyalgüclərinin , əhəmiyyətli icadlarının inancları üzərindəki təsirindən yola çıxılaraq bir sual ortaya çıxmaqdadır; allahlarmı insanları yoxsa insanlarmı allahları yarattı?

Sümərlilərin şəhər dövlətləri halında yaşamışlar və hər şəhərin bir allahı olduğunu düşünmüşlərdir.Bu şəhər allahlarına Şumerli şairlər 'şəhərin sahibi' deyirdilər. Bu vəziyyət Sümərlilərin çoxallahlı din anlayışına aid olduqlarını göstərməkdədir.Allahlar siyahısında təqribi olaraq 1500 allah yer almaqdadır.Bölgeədə inkişaf edən (mesopotamiya) və qurulan bütün sivilizasiyaların əsas inanc sistemi Sümər kökənlidir.Digər çoxtanrılı dinlərdə istifadə edilir lakin adları dəyişdirilmişdir (inana / İştar kimi ). Sümərlilərə göre həyatlarında hiss edə bildikləri, görə bildikləri hər obyektin bir allahı vardır.Allahları eyni ilə insanlar kimidir; insani duyğuların hamısı allahlarında da vardı. Fərqliliklərə isə allahların fövqəladə güclərə və ölümsüzlüyə sahib olmaları idi.

Allahlar eyni ilə insanlar kimi yaşayar hətta insan simsına belə girə bilərlər.Allahlar nə istədiklərini söyləməzlər, insanlardan diləməzlər lakin Sümər xalqı allahın nə istədiyini anlamaqda çox israrcı davranaraq allaha, onlardan nə istədiyini soruşma yoluna getmişlərdir.Bu soruşma yolu allaha əhd olaraq kəsilən heyvanın qaraciyərindəki şəkilə görə Patesi / ENSI (rahib-kral ) tərəfindən şərh edilirdi, insanlar beləliklə allahın onlardan nə istədikləri üzərinə iş görürmüşlər.Bir digər üsul isə yuxu olmuşdur.Dini məbədə girilər, allaha qurban kəsilər, dua edilər və yuxuya gedilərdi.Görülen yuxuda allah istəyini bəlli edərdi. Fəqət yuxunun müsbət və ya mənfi olduğunu yenə patesilər şərh edərdi.

Sümərlilər allahları üçün şeirler, əfsanələr, ilahilər inkişaf etdirmiş və yazıya almışlar.Bu yazılar günümüzdəki dinlər tarixinə işıq tutmuşdur.Sümərlilərin qurmuş olduqları çoxallahlı din zamanla təkallahlı bir dinə çevrilərək günümüzdəki təkallahlı dinlərin təməlini atmışdır.Sahip olduqları bütün məlumatların allahlar tərəfindən verildiyini düşünərlər.Özlərini Sümər olaraq görməyib “Ki-Engi” (Yerinoğlu) olaraq adlandırdılar.

qısaca Sümər mifologiyası...
Professor Kramerinə görə əvvəl su vardı.Allah AN (göyallahı) ilə allah Kİ (torpaq / yer allahı) bu sudan doğuldular.AN və Kİ'nin birləşməsindən Enlil (hava allahı) doğuldu.Göy ilə torpağın arasını doldurdu.ENLİL, qaranlıq göyü işıqlandırmaq üçün NANYA (ay allahı)'nı yaratdı.NANYA da ütü (günəş allahı) və İnanna (eşq və döyüş allahı)'nı yaratdı.

ENLİL öncələri ANın buyruqlarını yerinə yetirməklə məşqul idi.Daha sonra dünyanı Kİ'nin əlindən alaraq idarə etməyə başladı və zamanla ANın yerinə keçərək bütün kainatın sahibi oldu.

Sümərlərin yaratdığı allah: AN ən böyük allah idi?

Müəyən gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma (med-cezir) deyilir.Qabarma  hadisəsinin meydana gəlməsi isə ayın çəkim qüvvətindəndir.Ay dünyadan uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkim qüvvəti artar.Qabarma hadisəsi okeanlarda və xüsusi ilə ekvador ətrafında çox aktividir.Sümərlilər qeyd etdiyimiz  kimi aşağı Mesepotamiyada yaşamaları nədəni ile bir çox qabarma hadisəsinə şahid oldular.Her il çiçəklər açdığında, heyvanlar doğduğunda iki çay (Dəclə-Fərat) də daşmaqdaydı.Bunun səbəbini araşdırmaya başladılar və  Sümərlilərin yüksək məbədləri olan Zikkuratların ən üstünü gözləmə evi etdilər. Sümerliler bu şəkildə ulduzları və planetləri izledilər.Çayın daşma səbəbinin ay olduğunu kəşf etdilər və bir ay allahının olduğunu düşündülər. Bu allahı Enlil yaratmış olmalı idi.Ay allahı: NANYA. Sümərlilər göy cisimlərini araşdirmaqda daha irəliyə gedərək bürcləri kəşf etdilər.Bürclərdən yola çıxaraq bir ili 12 aya, 12 ayı günlərə, günləri 12saata, 12 saatı 60 dəqiqəyə və 60 dəqiqəni da 60 saniyəyə bölərək təqvim yaratmış oldular.

Nəticədə bütün ulduzları yaradan və bunları hərəkətə keçirən bir güc olmalıydı.Bu güc bir allah idi.Bu allaha An adını verərək ən böyük allahlarını yaradmış oldular.AN 'ın sayəsində məlumat sahibi olduqlarını düşündüler. Sümərlilər məlumatın qaynağını onlara verdiyini düşünən tanrıları An'a əldə etdikləri bütün məhsulları təqdim etdilər .Ölkə gedərəy zənginləşib gücləndi.Bu məlumatın sahibi,  tək səbəbi  böyük allah An idi.